"İnter Mayami"nin hücumçusu Lionel Messi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında milli ilə qələbə qazana bilməsəydi, Argentina millisindəki karyerasını böyük ehtimalla başa vuracağını açıqlayıb. Futbolçu etiraf edib ki, zəfərin doğurduğu emosiyalar sehrə yaxın olub.
“Dünya Kubokunu qazanmaq bizim, ailələrimiz və bütün ölkə üçün saf sehr idi. Bu duyğular ömür boyu bizimlə qalacaq. Əgər titul qazanmasaydıq, mən mütləq milli komandanı tərk edərdim, amma xoşbəxtlikdən Argentinaya növbəti zəfər qazandırdıq”, - Messi Big Time AS podkastında deyir.
Messi DÇ-2022-də Argentina millisinin kapitanı olub. Messi turnirin ən yaxşı oyunçusu seçilib.