“Ona qarşı yenidən oynamaq əla olacaq. Mən artıq onunla iki-üç dəfə klubum və milli komandamla meydanda qarşılaşmışam”, – jurnalist Florian Plettenberq sosial şəbəkədə bildirib.
Alman futbolçu sonuncu dəfə 2012-2024-cü illərdə Dortmund "Borussiya"sında çıxış edib, bütün turnirlərdə 429 oyuna çıxıb, 170 qol vurub və 131 məhsuldar ötürmə verib. "Bamblebees"də olduğu müddətdə Reus üç dəfə Almaniya Superkubokunu və iki dəfə DFB-Pokal qalibi olub. Bundan əlavə, o, üç dəfə Bundesliqada Mövsümün Oyunçusu seçilib (2011/2012, 2013/2014 və 2018/2019).